1,1 milyondan çox sakin vaxtından əvvəl prezident seçkilərində səs verdi


Dünya 02 Noy 2020 09:11:00 126 0

1,1 milyondan çox sakin vaxtından əvvəl prezident seçkilərində səs verdi

Noyabr ayında ABŞ-da keçiriləcək ümumi seçkilərdə Nyu-York sakinlərinin 1,1 milyondan çoxu vaxtından əvvəl səs verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Nyu-Yorkda erkən səsvermə oktyabrın 24-ü başlayıb və noyabrın 1-i yekunlaşıb.

Son məlumatlara əsasən, şəhərin 1 119 056 sakini vaxtından əvvəl səs verib. Ən çox seçici fəallığı Bruklin rayonunda (373 270) müşahidə olunub. Seçici fəallığına görə növbəti pillələrdə Kuins (250,08 min), Manhetten (238,5 min), Bronks (153,07 min) və Steyten-Aylend (104,04 min) qərarlaşıblar.