Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi


Kriminal 01 Noy 2020 15:45:00 76 0

Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olub. O, uşaq yaşlarında valideynlərini itirib. 3 yaşı olanda anası dünyasını dəyişib. Atası onu və böyük qardaşını götürüb Bakıya yollanıb. Burda da faciə baş verib. Neft buruqlarındakı fontanda atasını itirib. Mirzə harasa üzüqoylu düşüb əlacsızlıqdan ağlayıb. Onda gələcək yazıçının vur-tut 7 yaşı var idi...

***

Faciə zənciri bitmək bilmir. Qardaşı ilə iş üçün yola çıxan Mirzə yenə sarsıntı yaşayır. Zabrata çatanda Mirzənin qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir.

Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.

***

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb? məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.

"Gələcək gün" romanı, demək olar ki, avtobioqrafiyasıdır. Orda təsvir edilən bütün dəhşətlər, o cümlədən qadının aclıqdan öz uşağını yeməsi səhnəsi həqiqidir. Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinmişdim ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdim...

***

O, Azərbaycan SSR Ali Sovetinin sədri olanda 20 avqust 1956-cı ildə "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"un qəbul etməsinə nail oldu. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rus yox Azərbaycan dilinə yazılması, dövləd idarələrində doğma dildə danışılması məsələsi qaldırılırdı. Bu qanunun qəbulundan sonra Moskva ona düşmən kəsilir. O, həm vəzifəsini, həm də deputat mandatını itirir.

Nazim Hikmət Bakıya gələndə tələbələrdən biri soruşur:

- Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?

Nazim Hikmət deyir:

- Çətindir.

Görüşdə iştirak edən Mirzə İbrahimovun isə reaksiyası daha kəskin olur:

- Belələri dönükdür, əclafdır!

Ruandada 5 min nəfərlik kütləvi məzarlıq tapıldı like
  • 01 Noy 15:30  
Dünya Ruandada 5 min nəfərlik kütləvi məzarlıq tapıldı

Ruandanın şərqində təxminən 5 min nəfərin soyqırımı qurbanı olduğu

arrow Ətraflı
Ermənistan Azərbaycanın helikopterlərinin vurulması ilə bağlı heç bir sübut təqdim etməyib like
  • 01 Noy 15:27  
Siyasət Ermənistan Azərbaycanın helikopterlərinin vurulması ilə bağlı heç bir sübut təqdim etməyib

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda davam edən döyüşlər zam

arrow Ətraflı
Ukraynada koronavirusla bağlı kirtik vəziyyət davam edir like
  • 01 Noy 15:22  
Dünya Ukraynada koronavirusla bağlı kirtik vəziyyət davam edir

Ukraynada koronavirusa yoluxma hallarında artım davam edir.

arrow Ətraflı
Oğlu ermənilər tərəfdən döyüşən muzdlu rus snayperin anası: like
  • 01 Noy 15:15  
Kriminal Oğlu ermənilər tərəfdən döyüşən muzdlu rus snayperin anası:

Son.az Kulis.az-a istinadən 1995-ci ildə lentə alınan "Ümid" bəd

arrow Ətraflı
2 yaşlı uşaqla valideynlərinin cəsədlərini çıxarıb ağladı like
  • 01 Noy 15:07  
Dünya 2 yaşlı uşaqla valideynlərinin cəsədlərini çıxarıb ağladı

Oktyabrın 30-da İzmir şəhərində baş vermiş 6.6 maqnitudalı zəlzələd

arrow Ətraflı
Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb like
  • 01 Noy 15:00  
Dünya Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb

"Rospotrebnadzor" (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəs

arrow Ətraflı
İran Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir like
  • 01 Noy 14:50  
Siyasət İran Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın bir müddət

arrow Ətraflı
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu olaola acından öldü like
  • 01 Noy 14:45  
Kriminal Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu olaola acından öldü

Son.az Kulis.az-a istinadən SSRİ-nin ilk rəsmi milyonçusu, "Təbriz&qu

arrow Ətraflı
Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi like
  • 01 Noy 14:31  
Siyasət Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi

Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi

arrow Ətraflı
Koronavirus xəstəsinin ən yoluxucu olduğu dövr açıqlandı like
  • 01 Noy 14:30  
Dünya Koronavirus xəstəsinin ən yoluxucu olduğu dövr açıqlandı

COVID-19 xəstəsi simptomların başlamasından iki gün əvvəl və xəstəliy

arrow Ətraflı