Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb


Dünya 01 Noy 2020 15:00:00 138 0

Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb

"Rospotrebnadzor" (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlayıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun genom və post-genom tədqiqat qrupunun rəhbəri Anna Speranskaya bildirib.

"Rusiyada yaşayan yarasalarda bəzi koronavirus növləri var. Bunlar hansılardır? Bu, araşdırma mövzusudur", - deyə o, bildirib.

Speranskaya vurğulayıb ki, tədqiqatlar yarasalarda da tapılan bir sıra digər virusların genom ardıcıllığını müəyyənləşdirməyə imkan verib.

Mütəxəssis yarasaların insan üçün təhlükəli virusları da daşıya bilən tülkü və ya kirpi kimi digər vəhşi heyvanlardan daha təhlükəli olmadığını açıqlayıb.