Koronavirus xəstəsinin ən yoluxucu olduğu dövr açıqlandı


Dünya 01 Noy 2020 14:30:00 140 0

Koronavirus xəstəsinin ən yoluxucu olduğu dövr açıqlandı

COVID-19 xəstəsi simptomların başlamasından iki gün əvvəl və xəstəliyin ilk günü maksimum yoluxucu olur.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib.

Onun sözlərinə görə, insan orta hesabla simptomlar görünməzdən üç-dörd gün əvvəl (nadir hallarda yeddi gün) və xəstəliyin ilk beş günü ərzində yoluxur.

"Xəstəliyin sonrakı dövrlərində virus keçiriciliyi ehtimalı azdır", - deyə Pşeniçnaya vurğulayıb.

O, infeksiyanın əsasən hava-damcı yolu ilə yayıldığını xatırladaraq, xəstənin söhbət əsnasında hər nəfəs verişində 200-dən çox virus hissəciklərini sərbəst buraxdığını qeyd edib.