Rusiyada son sutkada daha 18 665 nəfər koronavirusa yoluxub


Dünya 01 Noy 2020 13:45:00 146 0

Rusiyada son sutkada daha 18 665 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 18 665 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 636 781 nəfərə çatıb.

Son sutka ərzində 245 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 235 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.