İngiltərə yenidən 1 aylıq karantinə gedir


Dünya 01 Noy 2020 09:56:00 156 0

İngiltərə yenidən 1 aylıq karantinə gedir

İngiltərədə koronavirusa yoluxanların sayının artmasına görə yenidən karantin rejimi tətbiq olunacaq.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson məlumat verib.

O qeyd edib ki, karantin 5 noyabrdan etibarən tətbiq olunacaq. 4 həftəlik karantin müddətində İngiltərədə restoranlar, kafelər, əyləncə məkanları yenidən bağlanacaq.

Yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq.