Filippində "Qoni" tayfunu səbəbindən 1 milyon insan təxliyə edilib


Dünya 01 Noy 2020 09:35:00 182 0

Filippində "Qoni" tayfunu səbəbindən 1 milyon insan təxliyə edilib

"Qoni" tayfunun yaxınlaşması ilə əlaqədar Filippin rəhbərliyi təxminən 1 milyon insanı təxliyə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Bi-bi-si" xəbər verib.

Dövlət Meteoroloji Xidmətinin verdiyi məlumata görə, yerli vaxtla saat 04:50-də tayfun Katanduanes adasının sahillərinə çatdı və hazırda Filippinin ən sıx adasına - Lusonda baş verib. Küləyin sürəti 225 km/saata çatıb.

Bildirilib ki, "fəlakətli" küləklər və leysan yağışlar yaxın 12 saat ərzində davam edəcək.