İmran Xan və Ərdoğan arasında telefon danışığı olub


Dünya 01 Noy 2020 09:18:00 159 0

İmran Xan və Ərdoğan arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, Pakistan Baş naziri İzmir zəlzələsi ilə əlaqədar olaraq Türkiyə prezidentinə zəng edərək başsağlığı və həmrəylik mesajlarını çatdırıb.

Ərdoğan İmran Xana təşəkkür edib və keçən həftə Peşəvərdə baş verən terror aktı ilə əlaqədar bir daha başsağlığı verib.