"Gürcü Arzusu" üçüncü dəfə parlament seçkilərində qalib gəlib


Dünya 01 Noy 2020 08:51:00 149 0

"Gürcü Arzusu" üçüncü dəfə parlament seçkilərində qalib gəlib

"Gürcü Arzusu" partiyası parlament seçkilərində qələbəsini qeyd edir.

Son.az Trend-ə istinadən bildirir ki, bununla partiya sədri Bidzina İvanişvili partiya ofisində toplanan tərəfdarlarına müraciət edib.

Müraciətdə deyilir: "Seçicilərimizə, "Gürcü Arzusu" nun fəallarına, liderlərə, siz - gənclərə təşəkkür edirəm, bu qələbəni siz gətirdiniz. Vurğulamaq lazımdır ki, "Gürcü Arzusu" üçüncü dəfə partiya olaraq prinsipial seçkilərdə qalib gəlir".