Günün qoroskopu: mühüm işə başlamayın


Digərləri 01 Noy 2020 00:01:00 185 0

Günün qoroskopu: mühüm işə başlamayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - alış-veriş, faydalı fəaliyyət üçün münasib zamandır. Kiçik məsələlərdə hiyləgərlik etməyin. Yalanlarınızın üstü tezliklə açılacaq. Bu isə həddən ziyadə xoşagəlməz məsələdir.

Buğa - fəlsəfənin bəzi müddəalarını indi gerçək həyata tətbiq edə bilərsiniz. Çoxsaylı faydalı məlumatlar əldə etmək üçün səy göstərin.

Əkizlər - bir sıra problemləri həll etməyə və əvvəllər hazırladığınız planları reallaşdırmağa imkan verən gündür. Nəyi niyə etdiyinizi yaxşı anlayın ki, kobud səhvlərə yol verməyəsiniz. Yeniliyi tez əxz edin.

Xərçəng - evlə bağlı problem sürətlə həllini tapacaq. Yaxınlarınızla asanlıqla dil tapın. Dəyər verdiyiniz insanları sevindirməyə tələsin. Yeni hisslərə başlamaq üçün münasib zamandır. İntuisiya sizi aldatmayacaq. Etibarınıza layiq insanla tanış olun.

Şir - rər addımınızı yüz ölçüb bir biçin. İlk baxışda gözə dəyən qərarların əksəriyyətinin dürüst olmadığını anlayın. İşdə həmkarlarınızla çoxsaylı fikir ayrılıqları stress və əsəbə səbəb ola bilər.

Qız - təxribatlara uymayın, yalanlara aldanmayın. Bədxahlar sadəlövhlüyünüzdən yararlana bilərlər. Manipulyasiyalar və intriqalar toruna düşə bilərsiniz.

Tərəzi -  Potensial iş yeri sahibləri və işgüzar tərəfdaşlarla görüş üçün yaxşı zamandır. Yaxınlarınızla səmimi, həssas olun. Onlar hər qələbənizə sevinirlər.