Süd vəzi xərçənginin gizli


Digərləri 31 Okt 2020 23:15:00 219 0

Süd vəzi xərçənginin gizli

Süd vəzi xərçənginin qadınlar arasında onkoloji xəstəliklər sırasında birinci yeri tutduğu hər kəsə məlumdur. Bu xəstəliyin müəyyən mərhələyədək gilzi inkişaf etdiyi, hətta ağırlaşana qədər heç bir əlamət vermədiyi bildirilir. Ona görə də mütəxəssislər qadınları mütəmadi olaraq süd vəzi müayinələrindən keçməyə çağırırlar. Bununla yanaşı süd vəzi xərçənginin gizli əlamətləri barədə də hər kəsin xəbərdar olmasının vacibliyi vurğulanır.  

Son.az e-tibb.az-a istinadən bildirir ki, döş xərçənginin gizli simptomlarla inkişaf edə biləcəyini söyləyən Türkiyədən olan onkoloji cərrahiyyə mütəxəssisi İsmail Özsan qadınlara diqqət etmələri lazım olan simptomlar və şikayətlər barədə xəbərdarlıq edib. Göğüste çukurlaşma meme kanseri açısından önemli bir belirtidir. Çukurlar, genellikle tümörün deriyi çekmesinden kaynaklanır ve önemli bir habercidir.

Onun sözlərinə görə, sinə içində çuxurun yaranması çox vacib bir simptomdur. Çuxurlar ümumiyyətlə, şişin dərini çəkməsindən qaynaqlanan vacib bir xəbərçidir. Döş xərçəngi xəstələrində döş giləsində geri çəkilmələr olur. Əgər döş ucu çəkilibsə, müdaxilə ilə çıxmırsa, xərçəngdən şübhələnmək lazımdır.

Döş dərisinin portağal qabığı görünüşü də vacib bir əlamətdir. Bu vəziyyətdə döş xərçənginin irəlilədiyini söyləmək mümkündür.

Döş ətrafında qırmızı səpmələr

Sinədə, süd vəzi ətrafında qırmızı, pullu səpgilər də ciddi qəbul edilməlidir. Əlbəttə ki, bu səpmələrin başqa bir səbəbi də ola bilər, ancaq səpmə bir neçə həftəyə keçməzsə, bir mütəxəssisə göstərilməlidir.