Alkoqol, tütün və narkotiklər hamilələrə və körpələrə necə təsir edir?


Digərləri 31 Okt 2020 22:45:00 189 0

Alkoqol, tütün və narkotiklər hamilələrə və körpələrə necə təsir edir?

Zərərli vərdişlərin orqanizmdə çoxsaylı mənfi təsirlərinin olduğunu bilirik. Bu barədə vaxtaşırı maarifləndirici məlumatlar açıqlanır. Hamilələrin spirtli içkilər, tütün, narkotiklərdən istifdaəsi isə daha böyük fəsadlara səbəb olur.   

Onlar hansılardır?

"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin hazırladığı  (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) məqaləni təqdim edirik:

Xroniki olaraq spirtli içki içən qadınların uşaqlarında aşağıdakılar müşahidə olunur:

34,5% hallarda vaxtından əvvəl doğulanlar

19% hallarda fiziki cəhətdən zəiflik.

3 % hallarda müxtəlif inkişaf ləngiməsi

Hər gün təxminən 6 stəkan şərab içən hamilələrdə alkoqol sindromlu uşaqlar doğulur. Yenidoğulmuşlarda alkoqol sindromunun inkişafı, dölün normal inkişafı üçün zəruri olan fol turşusunun azalmasına səbəb olur, dölə zəhərli təsir göstərir.

İçki içən qadınların yeni doğulmuş uşaqlarında bunlar qeyd olunur:

Fiziki və zehni inkişafda ümumi ləngimə və beyin formalaşmasının pozulması (beynin ölçüsünün azalması və beynin sulu şişi)

Nevroloji pozuntular (titrəyən əzalar, qıcolmalar, əzələ tonusunun azalması)

Zəif əmmə refleksi.

Anadangəlmə ürək və böyrək qüsurları.