İnsult riskinin olubolmadığını necə öyrənmək olar?


Digərləri 31 Okt 2020 21:55:00 178 0

İnsult riskinin olubolmadığını necə öyrənmək olar?

Hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult yaranır və bunların təxminən 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruri hesab olunur.

Adətən insult xəstələrinin 1/3-i ölür, qalanları isə əlil olur. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir.

İnsultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər.

İnsultun əsas  simptomları:

İnsult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu əlamətlər təcili yardım çağırmaq üçün yetərli sayılır.

Şəkərli diabet və müxtəlif ürək-damar xəstəlikləri insultun baş vermə ehtimalını daha da artırır. Məhz bu səbəbdən də insultdan qorunmaq üçün insanlara fiziki aktiv olmaq, tütündən istifadə etməmək, sağlam qidalanmaq, artıq çəki almamaq, arterial təzyiqi daima nəzarətdə saxlamaq tövsiyə olunur. Bu tövsiyələrə riayət etməklə insult təhlükəsini 80 faizədək azaltmaq olar.