Çirkli hava virusdan ölüm hallarını artıra bilər
Digərləri 31 Okt 2020 20:55:00 167 0
Havanın uzun müddət ərzində çirklənməsi dünyada COVID-19-dan ölüm riskini orta hesabla 15 faiz artıra bilər.
Nəticələri Avropa Beynəlxalq Kardioloqlar Cəmiyyətinin jurnalında ("Cardiovascular Research") dərc olunmuş beynəlxalq araşdırmada artıq erkən ölümlərə səbəb olan havanın çirklənməsinin yeni növ koronavirusdan ölüm hallarına təsir dərəcəsi müəyyənləşdirilib.
AZƏRTAC-ın verdiyi məlumata görə, Almaniyanın Mayns şəhərindəki Kimya İnstitutunun professoru Maks Plankın və onun həmkarlarının fikrincə, bu məsələdə Avropanın payı 19 faiz, Şimali Amerikanın 17 faiz, Şərqi Asiyanın isə 27 faiz təşkil edir.
Alimlərin hesablamalarına görə, havanın uzun müddət ərzində çirklənməsi COVID-19 səbəbindən baş verən ölüm hallarının Braziliyada 12, Portuqaliyada 11, İspaniyada 9, İtaliyada 15, Çexiya Respublikasında 29, Çində 27, Almaniyada 26, İsveçrədə 22, Belçikada 21, Hollandiyada 19, Fransada 18, Böyük Britaniyada isə 14 faiz artmasına gətirib çıxara bilər.
Tədqiqatçılar hesablama aparmaq üçün çirkləndirici kiçik hissəciklərə (PM2,5), torpağın çirklənməsinə və nəzarət şəbəkəsinə dair məlumatları peyk məlumatları ilə birləşdiriblər. Bununla yanaşı, müəlliflər sözügedən yoluxma və yeni növ koronavirus səbəbindən baş verən ölüm halları arasındakı birbaşa səbəb-nəticəni müəyyənləşdirməyiblər.