Bu əlamətlərə və bütün şübhəli hallara DİQQƏT!


Digərləri 31 Okt 2020 20:40:00 184 0

Bu əlamətlərə və bütün şübhəli hallara DİQQƏT!

Pandemiyanın əhali arasında ən çox bilinən əlaməti hərarət və quru öskürək sayılır. Amma bu, heç də hər zaman belə olmur. Koronavirus hər kəsdə fərqli əlamətlərlə özünü göstərir. Aparılan araşdırmalar nəticəsində pandemiyanın yayılmasını artıran şəxslərin çoxunda hər hansı bir əlamətin olmadığı, asimptomatik olduqları ortaya çıxıb.

Bununla yanaşı, mütəxəssislər hər kəsin öz bədənində əlamətlərin fərqinə varmasının da mühüm olduğunu vurğulayırlar.

Qeyd olunur ki, COVİD-19-un əlamətləri təkcə hərarət və quru öskürək deyil.

Adətən virusa yoluxandan sonrakı 1-3-cü günlərdə soyuqdəymə, qripə bənzər əlamətlər ortaya çıxır. Yüngül hərarət və boğaz ağrısı müşahidə oluna bilər. İmmunitet zəifdirsə, ürəkbulanma və ishal da ola bilər.

4-cü gün boğaz ağrısı şiddətlənir, səs kallaşır. Qida, maye qəbulunda çətinlik yaranır. Yüngül baş ağrısı olur.

5-ci gün boğaz ağrısı şiddətlənir. Yemək, içmək çox ağrılı hala gəlir.

Bədəni, hansısa əzanı hərəkət etdirmək çox ağrılı olur. Oynaqlarda ağrı yaranır.

6-cı gün quru öksürək başlayır. Danışanda, udqunanda boğaz ağrısı daha da şiddətlənir. Ürəkbulanma artır. Nəfəs almada çətinlik yaranır. İshal və qusma şiddətlənir.

7-ci gün hərarət 38 dərəcəni keçir. Öskürək və bəlğəm çox çiddətlənir.