Bakıda oğru qardaşlar saxlanıldılar
Kriminal 31 Okt 2020 18:44:00 191 0
Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıblar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan ümumilikdə 300 manat pul, 600 manat dəyərində kosmetik əşyalar və 4000 manat dəyərində spirtli içki, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.
Mənbə: milli.az