Ərdoğan: “İzmirdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”


Dünya 31 Okt 2020 18:05:00 170 0

Ərdoğan: “İzmirdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”

İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb. 

Son.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Van vilayətində keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq.