Türkiyədə ilk siyasi partiya quran Nezihe Muhiddin kimdir?


Dünya 31 Okt 2020 17:13:00 153 0

Türkiyədə ilk siyasi partiya quran Nezihe Muhiddin kimdir?

Osmanlıda  feminizmdən danışsaq, Nezihe Muhiddin adı yada düşəcək.

Nezihe İkinci Konstitusiya Monarxiyasından Cümhuriyyətin quruluşuna qədər davamlı olaraq, qadın hüquqlarının müdafiəsi ilə bağlı çəkilən əhəmiyyətli bir addır. Nezihe, eyni zamanda, Osmanlı dövründə kişilər üstün olduğu ictimai quruluşda var olma mübarizəsi göstərən bir qadındır.

Son.az musavat.com-a istinadən bildirir ki, Nezihe Muhiddin 1889-cu ildə Türkiyənin İstanbul şəhərində ziyalı bir ailədə anadan olub. Evdə aldığı xüsusi təlimlər və ailəsinin sosial məsələlərə baxışı Muhiddinin düşüncələrinin formalaşmasına təsir edib.

Ailəsi kimi, sosial problemlərə qarşı həssas bir fərd olaraq böyüyüb. Gənc yaşlarından bəri "qadın problemi" ilə bağlı bir çox məqalələr yazıb. O, ərəb, alman, fars və fransız dili kimi bir çox dilləri öyrənib. Buna görə də onun xaricdəki qadın hüquqlarını müdafiə edən şəxslərlə  ünsiyyət qurması asanlaşıb.  Ömrü boyu 20 kitab, 300 pyes və hekayələr yazıb. Bu əsərlərin bir çoxunu da Türkiyə Cümhuriyyəti qurulmamışdan qabaq yazıb. Yazdıqlarının əksəriyyəti qadınlarla əlaqəli idi. Jurnal və qəzetlərdə yazdığı məqalələrdə məhdudiyyət yox idi.

Türk Qadınlarını Qoruma Dərnəyinin və Donanma Dərnəyinin Osmanlı İmperiyasındakı Qadınlar şöbəsinin qurucularından biri idi. Ancaq onun düşüncəsindəki əsas məsələ qadınların sosial sahədəki vəziyyəti idi. Hesab edirdi ki, qadınlar cəmiyyətdə lazım olduqları mövqedə deyillər. Nezihe  Cümhuriyyət elan edilmədən öncə 15 iyun 1923-cü ildə Qadınlar Xalq Partiyasını qurub. Beləliklə Nezihe Türkiyə tarixində siyasi partiya quran ilk qadın lider olub.