Türkiyədə axtarışda olan daha bir terrorçu təslim olub


Dünya 31 Okt 2020 16:41:00 141 0

Türkiyədə axtarışda olan daha bir terrorçu təslim olub

Türkiyədə axtarışda olan daha bir PKK terrorçusu təhlükəsizlik qüvvələrinə könüllü təslim olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəxsiyyəti hələlik açıqlanmayan terrorçunun 2012-ci ildə PKK terrorçularına qoşulduğu müəyyənləşdirilib. Bildirilib ki, o, aparılan təbliğat işləri nəticəsində təslim olmaq qərarına gəlib.

Beləliklə, cari il ərzində təbliğat yolu ilə təslim olan terrorçuların sayı 186 nəfərə çatıb.

Ölkənin Muş bölgəsində həyata keçirilən antiterror əməliyyatında isə PKK terrorçularına məxsus böyük cəbbəxana aşkarlanıb.