“Həbsxanada ürəyimdən bıçaqlandım”


Şou-biznes 31 Okt 2020 13:32:00 194 0

“Həbsxanada ürəyimdən bıçaqlandım”

Türkiyəli müğənni Doğuş "Youtube"da yayımlanan "Katarsis" proqramında qonaq olub.

Son.az mediapost-a istinadla xəbər verir ki, o, uşaq evindən qaçıb küçələrdə yaşadığı dönəmlərdəki peşmanlığını belə dilə gətirib:

"Ailəmdə tapmadığım sevgini küçələrdə tapdığımı düşünürdüm. Küçələrdəki dostlarımı qardaşım sandım, amma çox keçmədi ki, bunun bir xəta olduğunu anladım. Həmin illərdə küçələrdə çox pis hadisələr yaşadım".

İfaçı həbxsana girməsindən də söz açıb:

"Oğurluq edərək pul qazanmağa çalışırdıq. Corab oğurladığımız üçün 14 yaşında həbsxanaya düşdüm. Orada mənə təcavüz etməsinlər deyə dava saldım, ürəyimdən bıçaqlandım".