Nazirə “itləri buraxın, pişik səsi çıxaracam” deyən qız 9 saat sonra belə xilas edildi VİDEO


Dünya 31 Okt 2020 12:47:00 148 0

Nazirə “itləri buraxın, pişik səsi çıxaracam” deyən qız 9 saat sonra belə xilas edildi  VİDEO

İzmirdə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altından sağ çıxarılan Buse Hasyılmaz ölkədə gündəm olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Buse Hasyılmaz telefon vasitəsilə əvvəlcə nişanlısı, daha sonra isə Kənd Təsərrüfatı və Meşə naziri ilə əlaqə qurub. Axtarış işlərini asanlaşdırmaq üçün Busenin "itləri buraxın, mən də pişik səsi çıxaracam",-  deməsi diqqət çəkib. 9.5 saatlıq axtarış işlərindən dağıntıların altından xərəklə çıxarılan Busenin ilk sualı "anam haradadır",-olub.

Valideyninin səhhətinin yaxşı olduğunu eşidən Buse xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, İzmirin Bayraklı səmtində 6.6 bal gücündə zəlzələdən sonra çökən binalarda axtarış və xilasetmə işləri davam edir.

Axtarışda istilik kameralarından da istifadə olunduğu bildirilib.