İstanbulda kitabxana Polad Həşimovun şərəfinə adlandırılacaq


Digərləri 31 Okt 2020 10:30:00 189 0

İstanbulda kitabxana Polad Həşimovun şərəfinə adlandırılacaq

İstanbulda yeni kitabxanaya bu ilin iyulunda sərhəddə erməni təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan generalı Polad Həşimovun adı veriləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qərar İstanbul Universitetinin "Azərbaycan- Türkiyə" Mədəniyyət və Həmrəylik Birliyi üzvlərinin təşəbbüsü ilə qəbul edilib.

Kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.