Orduda qadağan olunmuş heç bir silah və sursat yoxdur MN


Siyasət 31 Okt 2020 09:09:59 157 0

Orduda qadağan olunmuş heç bir silah və sursat yoxdur  MN

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildiriblər.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - Nazirliyin məlumatında qeyd bildirilir.