Kəllə əsasının sınığı


Digərləri 31 Okt 2020 08:59:00 241 0

Kəllə əsasının sınığı

Kəllə əsasının sınığı mexaniki təsir nəticəsində baş verən ağır kəllə beyin travmasıdır.Kəllə əsasının sınıqları çox vaxt orta kəllə çuxurunda,az hallarda isə ön və arxa çuxurlarda baş verir.Sınığın diaqnozu rentgenoqrammanın nəticəsi sayəsində təsdiqləmək mümkün olmadığına görə diaqnoz nevroloji müayinələrə əsaslanaraq qoyulur. Kəllə əsasının sınıqları ümumbeyin əlamətləri ilə özünü biruzə verir.Travma alan xəstələrdə ürəkbulanma,qusma,baş ağrıları,baş gicəllənməsi,zəif qızdırma müşahidə olunur.Kəllə sınığı xəstələrdə kötük pozulmalarına,qulaqdan,burundan,gənzikdən,ağızdan qanaxmaya səbəb ola bilir.Mayeli qanaxmaların baş verməsinə selikli qişaların cırılması və sümüklərin sınığı ilə sərt beyin qişasının zədələnməsi səbəb olur.Bu əlamət travmanın ağırlıq dərəcəsini aydınlaşdırır.Burun və qulaqlardan qanaxmanın nevroloji əlamətlərlə birlikdə olması travma zamanı zərbə dalğasının təsirindən təbil pərdəsinin cırılmasının baş verməsini sübut edir.Bu cür qanaxmalar beyin üçün əhəmiyyətsiz sayıla bilər. Göz qapağında və gözyanı toxumalarda qançırların əmələ gəlməsi isə ön kəllə çuxurunun sınıqları zamanı meydana çıxır.Yumşaq toxumanın yerli zədələnməsi zamanı da göz ətrafında göyərmələr meydana gələ bilir. Amma,ön kəllə çuxurunun sınığı zamanı gözün ətrafındakı göyərmələr "eynək" sindromunu xatırladır. Kəllə əsasının sınıqlarında kəllə sinirlərinin zədələnməsi özünü biruzə verir.Daha çox üz və eşitmə siniri,az hallarda göz-hərəki,iybilmə,dil-udlaq siniri zədələnir. Kəllə əsasının sınığı ağır travma nəticəsində baş verdikdə ölümlə nəticələnə bilir.Bəzən xəstələr uzun müddət ağır vəziyyətdə qalırlar .Belə ki,onlarda çox vaxt narahatlılıq,həyəcanlılıq,şüurun pozulması,ağırlaşmalar baş verir.İlkin ağırlaşma meningit əlamətlərinin meydana çıxması ilə başlayır,xəstələrdə baş ağrıları əlamətləri baş verir. Müalicə kəllədaxili qansızmaları aşkar etmək üçün lümbal punksiyanın olunması ilə aparılır.Qulaqdan gələn qanı saxlamaq üçün tənziflə tampon qoyulur.İnfeksion ağırlaşmaların baş verməməsi üçün antibiotiklərdən,qanaxmanı saxlamaq üçün isə laxtalanmanı gücləndirən preparatlardan istifadə edilir.