Əylənmək üçün qonşusunun evini yandırdı


Dünya 31 Okt 2020 08:33:00 132 0

Əylənmək üçün qonşusunun evini yandırdı

Rusiyanın Kareliya Respublikasının sakini əylənmək üçün qonşusunun evini yandırıb.

Lenta.ru xəbər verir ki, bununla bağlı republikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə Belomorski rayonunda baş verib. Hüquq mühafizə orqanlarının əməkdaşları 33 yaşlı rayon sakininin evində baş vermiş yanğını araşdırıblar.

Araşdırmalar zamanı yanğının zərərçəkənin 28 yaşlı qonşusu tərəfindən qəsdən törədildiyi məlum olub. Kişi əməlini etiraf edib və hadisə günü spirtli içki qəbul etdiyini, əylənmək üçün evə od vurduğunu deyib.