Müxtəlif hormonların hiperfunksiyası


Digərləri 31 Okt 2020 08:01:00 165 0

Müxtəlif hormonların hiperfunksiyası

Bu qalxanabənzər vəzinin funksiyasının artmasına səbəb olur.Bunun nəticəsində hipertrioz və tireotoksikoz xəstəliyi meydana gəlir. Tireotrop hormonu dəridə,əzələlərdə və göz almacıqlarının arxasında turş mukopolisaxaridlərin miqdarını artırır.Bu tosqun hüceyrələrin sayının artması ilə əlaqədar olur.Tireotrop xəstəliyinin əsas əlamətlərindən sayılan ekzoftalm turş mukosaxaridlərin göz almacıqlarının arxasında toplanması nəticəsində əmələ gəlir. Qonadotrop hormonunun hiperfunksiyası Bu hormonun artması cinsiyyət vəzilərinin fəaliyyətinin artmasına səbəb olur.Bu proses uşaqlıq dövründə başladıqda vaxtından əvvəl cinsi yetkinlik baş verir.Hipofizar mənşəli qonadotrop hormonunun hiperfunksiyası çox vaxt ailəvi xarakter daşıyır.Belə ki,anamnez zamanı xəstənin valideyinlərinin də hiperqonadizmdən əziyyət çəkdikləri meydana çıxır. Antidiuretik hormonun hipersekresiyası Bu diurezin azalmasına səbəb olur.Bu zaman orqanizmdə çoxlu miqdarda su toplanır,susuzluq hissi isə olmur.Antidiuretik hormonun hipersekresiyası ağrı və emosional gərginlik nəticəsində reflektor yolla arta bilir.Bundan başqa nikotin və asetilxolin də bu hormonun artmasına səbəb ola bilir. Adenokortikotrop hormonun hipersekresiyası Bu proses İtsenko-Kuşinq xəstəliyinin əsas patogenetik amilidir.Adfenokortikotrop hormonu kortizolun və kortikosteronun inkişafına səbəb olur.Bu xəstəlik sifət,boyun və bədənin piylənməsi ,arterial təzyiq,cinsi funksiyanın pozulması və orqanizmin infeksiyalara qarşı müqavimətinin azalması ilə xarakterizə edilir.Bu zaman lipoliz prosesi ləngiyir və piy depolarında yağların miqdarı artır.