Neyroborrelioz


Digərləri 31 Okt 2020 08:21:00 228 0

Neyroborrelioz

Neyroborrelioz multisistem infeksion xəstəlik sayılır.Xəstəlik insana Borrelia burgddorferi tərəfindən ğənə dişləməsi zamanı keçir.Xəstəliyə dünyanın bütün ölkələrində rast gəlinir.Ən çox yazın sonlarında və yay aylarında bağ mövsümü zamanı baş verir. Xəstəlik 3 etapdan ibarətdir. Birinci etap gənənin sağlam adamı dişlədikdən sonra bir-neçə gün və ya həftədən ibarətdir.Bu etapda gənənin dişlədiyi yerdə qızartı,dairəvi eritema əlamətləri baş verir,nadir hallarda xəstədə baş ağrıları meydana çıxır. İçinci etap gənə dişlədikdən 1-2 ay sonralar meydana çıxmğa başlayır.Bu zaman xəstələrdə aşağıdakı xəstəliklərin əlamətləri meydana çıxır: - üz sinirlərinin nevriti - kəskin meningit - meninqoradikulit - artrit İkinci etapda meninqopadikulit əlamətləri özünü onurğadan çıxan sinir köklərinin iltihabi xəstəlikləri ilə və onurğabeyin maddəsində baş verən dəyişikliklərlə göstərir.Bu zaman xəstədə sinir boyu ağrılar başlayır,ağrılar ətraf toxumalara irradiasiya edir.Ağrı başlayandan bir-neçə həftə sonra aşağı ətraflarda asimmetrik parez inkişaf edir,ayaqlarda hissiyyat itir. Xəstəliyin üçüncü etapı gənə dişləməsində 2-3 ay sonra göstərir.Bu zaman xəstələrdə ensefalit və mielit əlamətləri meydana çıxr,parez əlamətləri artır,sinir boyu eritema əlamətləri meydana çıxır. Xəstəliyə diaqnoz seroloji müayinələr vasitəsilə qoyulur.Diaqnozu təsdiqləmək üçün onurğa beyin maddəsinin müayinəsi aparılır. Nəzərə almaq lazımdır ki,bu gənələrin fəaliyyəti yaz və yay aylarında artır. Xəstəliyin müalicəsi birinci etapda başlanan zaman effektli olur.Xəstəyə güclü antibiotiklər təyin edilir,əmələ gələn simptomlara görə müalicə təyin edilir.