Moskvada koronavirusdan daha 55 nəfər ölüb
Dünya 31 Okt 2020 07:55:00 145 0
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 55 nəfər ölüb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 55 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 6 768 nəfərə çatıb.
Mənbə: milli.az