"Koronavirusun ilk günü maksimum yoluxucu olur" Mütəxəssis


Digərləri 30 Okt 2020 23:25:00 153 0

"Koronavirusun ilk günü maksimum yoluxucu olur"  Mütəxəssis

COVID-19 xəstəsi simptomların başlamasından iki gün əvvəl və xəstəliyin ilk günü maksimum yoluxucu olur.

Son.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib.

Onun sözlərinə görə, insan orta hesabla simptomlar görünməzdən üç-dörd gün əvvəl (nadir hallarda yeddi gün) və xəstəliyin ilk beş günü ərzində yoluxur.

"Xəstəliyin sonrakı dövrlərində virus keçiriciliyi ehtimalı azdır", - deyə Pşeniçnaya vurğulayıb.

O, infeksiyanın əsasən hava-damcı yolu ilə yayıldığını xatırladaraq, xəstənin söhbət əsnasında hər nəfəs verişində 200-dən çox virus hissəciklərini sərbəst buraxdığını qeyd edib.