Səlçuk Bayraktar: Yerli təyyarə mühərriki "AKINCI" və "Bayraktar TB3"ə əlavə güc verəcək


Dünya 30 Okt 2020 21:41:00 179 0

Səlçuk Bayraktar: Yerli təyyarə mühərriki "AKINCI" və "Bayraktar TB3"ə əlavə güc verəcək

Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən "AKINCI" və "Bayraktar TB3" yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar "Twitter" sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə mühərrikinin sınağını nümayiş etdirən videomaterial əksini tapıb. S.Bayraktar yazır ki, sınaqdan böyük uğurla çıxan yerli mühərrik "AKINCI" və "Bayraktar TB3"ə əlavə güc verəcək.