Bu il Azərbaycanda Gürcüstan parlamentinə seçkilərlə əlaqədar səsvermə keçirilməyəcək


Dünya 30 Okt 2020 20:35:00 172 0

Bu il Azərbaycanda Gürcüstan parlamentinə seçkilərlə əlaqədar səsvermə keçirilməyəcək

Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il Azərbaycanda Gürcüstan parlamentinə seçkilərlə əlaqədar səsvermə keçirilməyəcək.

Son.az bildirir ki, bunu Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Seçkilərdə 48 partiya və iki blok iştirak edəcək. Seçicilər 120 deputatı proporsional sistemlə, 30 deputatı majoritar sistemlə seçəcək.