Əli Əsədov Türkiyənin Vitseprezidenti Fuat Oktaya telefonla zəng edib


Siyasət 30 Okt 2020 19:12:00 140 0

Əli Əsədov Türkiyənin Vitseprezidenti Fuat Oktaya telefonla zəng edib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Son.az Trend-ə istinadən bildirir ki, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Fuat Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.