İzmirdə baş verən zəlzələ nəticəsində 3040 kilometrlik seysmik xətt qırılıb


Dünya 30 Okt 2020 19:08:00 154 0

İzmirdə baş verən zəlzələ nəticəsində 3040 kilometrlik seysmik xətt qırılıb

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ ilə bağlı ölkənin Kandilli Rəsədxanasından ilk məlumat verilib.

Son.az Trend-ə istinadən bildirir ki, məlumatda Kandilli Rəsədxanasında yeraltı təkanların gücü 6,9 bal olaraq hesablanıb.

Qeyd edilib ki, zəlzələdən sonra indiyədək 21 afterşokun qeydə alındığı, bu afterşoklar 15 gün ərzində davam edəcəyi ehtimal olunur. Meydana gələn yeraltı təkanlar nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb. Egey bölgəsinin seysmik baxımdan həssas bölgə olmasına baxmayaraq bu ərazidə ən böyük zəlzələ 1912-ci ildə 6,5 bal gücündə qeydə alınıb.

Hadisə barədə məlumat verən İzmir valisi Yavuz Selim Kösger dağıntılar altında qalan vətəndaşların təxminən 70 faizinin çıxarıldığını bildirib.

Qeyd edək ki, artıq bildirdiyimiz kimi, İzmirdə baş verən zəlzələ ölkənin Marmara bölgəsində də hiss edilib. İstanbulun Avcılar bölgəsində zəlzələdən zərər çəkmiş bir binanın sakinləri təxliyə edilib.

Ölkənin Urla bölgəsində 4.1, Kuşadasında isə 4,8 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.

Son.az