"Azərbaycanda yoluxma sayı təhlükəli həddə çata bilər"


Digərləri 30 Okt 2020 14:18:00 193 0

"Azərbaycanda yoluxma sayı təhlükəli həddə çata bilər"

Artıq 7 aydır ki, COVİD 19 infeksiyasına yoluxmuş xəstələrin psixiatrik durumu tərəfimdən qiymətləndirilir.

Bunu Son.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") COVİD-19 infekiyasi üzrə konsultant psixiatrı Aytən Namazova deyib. 

O bildirib ki, COVİD 19 infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə maksimal dərəcədə tətbiq edilmiş karantin qaydalarına əməl etməliyik:

"Bu günlərdə Vətənimiz hər iki düşmənlə qətiyyətli şəkildə eyni arada mübarizə aparır. Əsgərlərimiz ön cəbhədə öz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətənimizin müdafiəsində, həkimlərimizin isə hər iki cəbhədə göstərdikləri fədakarlıqlar danılmazdır. Ön cəbhədə qəhrəmancasına şəhid olan hərbiçilərimizi, əsgərlərimizi və eyni zamanda hər iki cəbhədə şəhid olan həkimlərimizi böyük hörmət və qürur hissi ilə anırıq. Hazırda bildiyimiz kimi son günlər Vətənimizdə COVİD 19 infeksiyasına yoluxanların sayı durmadan artır. Yoluxma sayı sürətlə irəliləyib, təhlükəli həddə çata bilər. Bu dönəmdə ordumuzun, əsgərlərimizin, əhalimizin sağlamlığını və əhval-ruhiyyəsini nəzərə alaraq COVİD 19 infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə maksimal dərəcədə tətbiq edilmiş karantin qaydalarına əməl etməli, tibbi maskalardan mütləq şəkildə istifadə etməli və sosial məsafə qorunmalıdır".

Psixiatr bildirib ki, COVİD 19-a yoluxmuş xəstələrin konsultasiyası zamanı ilk dönəmlərdən fərqli olaraq psixoloji pozuntulara nisbətən az rast gəlinir: