"Erməni təxribatı nəticəsində 9 şagird ölüb,


Digərləri 30 Okt 2020 11:27:16 130 0

"Erməni təxribatı nəticəsində 9 şagird ölüb,

Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatı yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.

Nazir bildirib ki, uşaqların təcavüzə məruz qalması erməni terrorunun bariz nümunəsidir.