Səudiyyə Ərəbistanının büdcəsində 49,2 milyard dollar kəsir yaranıb


Dünya 30 Okt 2020 04:30:00 136 0

Səudiyyə Ərəbistanının büdcəsində 49,2 milyard dollar kəsir yaranıb

COVID-19 epidemiyası səbəbindən neft qiymətlərinin ucuzlaşması səbəbindən cari ilin 9 ayında Səudiyyə Ərəbistanının büdcə gəlirləri 24 faiz azalaraq 144,4 milyard dollara düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 9 ayda ölkə büdcəsində 49,2 milyard dollar (184,1 milyard rial) kəsir yaranıb. Digər tərəfdən, dövlət xərcləri də 3 faiz azalaraq 193,6 milyard dollar olub.

Ötən ilin eyni dövründə Səudiyyə Ərəbistanının büdcəsi 190,3 milyard dollar idi.

Büdcədəki daralmaya "qara qızıl"ın qiymətlərinin enməsi nəticəsində ölkənin neft gəlirlərinin illik 33 faiz azalmasının səbəb olduğu qeyd edilir.

COVID-19 səbəbindən Səudiyyə Ərəbistanında görülən tədbirlər nəticəsində qeyri-neft gəlirlərinin 5 faiz azaldığı bildirilir.