Türk TicarətSənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək


Siyasət 29 Okt 2020 14:44:00 136 0

Türk TicarətSənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək

Türk Ticarət-Sənaye Palatasının növbədənkənar iclası noyabrın 2-də Bakıda "Azərbaycana dəstək" şüarı ilə keçiriləcək.

Trend bu barədə Türk Şurasının Katibliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, iclas başlamazdan əvvəl Türk Şurasının baş katibi və ticarət-sənaye palatalarının prezidentləri görüşün keçirildiyi yerdən Dağlıq Qarabağda müharibədən zərər çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardım və avadanlıq daşıyan yük maşını yola salınacaq.

İclas "Azərbaycana dəstək" şüarı ilə keçiriləcək və "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni erası" mövzusunda təqdimat baş tutacaq.