Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı


Dünya 29 Okt 2020 14:14:00 153 0

Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı

Rusiyada koronavirusa yoluxanların sayı 1,58 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 17 717 nəfər virusa yoluxub, 366 nəfər isə həyatını itirib.

Ölüm halları ölkədə bugünədək qeydə alınan ən yüksək göstərici olub. Ötən gün 346 nəfərin ölümü qeydə alınmışdı.

Bu günə qədər Rusiyada 1 581 693 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 301 nəfərə çatıb.