Fransada kilsə yaxınlığında əli silahlı şəxs insanlara hücum edib,


Dünya 29 Okt 2020 14:19:00 152 0

Fransada kilsə yaxınlığında əli silahlı şəxs insanlara hücum edib,

Fransanın Nitsa şəhərində kilsə yaxınlığında əli silahlı şəxs vətəndaşlara hücum edib, ölənlər var.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Notr-Dam kilsəsi yaxınlığında baş verib.

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Polis hücum edən şəxsi saxlayıb.