Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər


Siyasət 29 Okt 2020 12:49:00 165 0

Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Arzu Nağıyev, Məzahir Əfəndiyev, Əminə Ağazadə, GUAM Parlament Assambleyasının üzvləri Elnur Allahverdiyev, Fatma Yıldırım, Nəsib Məhməliyev daxildir.

Nümayəndə heyətinə millət vəkili Arzu Nağıyev rəhbərlik edir. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Son.az