Jerom Lamber: Fransa televiziyasının reportajına etiraz nümayişi ölkəmizdəki radikallığın dərəcəsini göstərir


Dünya 29 Okt 2020 11:19:00 166 0

Jerom Lamber: Fransa televiziyasının reportajına etiraz nümayişi ölkəmizdəki radikallığın dərəcəsini göstərir

Hər kəs "Le Figaro"nun məqaləsindəki şərhləri qiymətləndirə bilər. Məqaləyə şərh təhqir və təhdid mesajlarının axınına səbəb olub.

Fransada müəllimin öldürülməsindən sonra ölkə Prezidenti ictimaiyyəti ifadə və düşüncə azadlığını qorumağa çağırdı. Təkrar edirəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləməyə davam edəcəyəm. Radikallara Fransada yer yoxdur!

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.

O bildirib ki, heç bir karikatura nəşr etməyib. Ancaq etsəydi, bəlkə yenə də belə mənfur şərhlər və təhdidlər alardı. O, deyib ki, sadəcə olaraq, "Le Figaro"da Azərbaycan Prezidenti ilə müsahibəyə dair məqaləyə fikir bildirib, elə cinayəti də budur - fikrini azad söyləmək.

"Bu məqaləyə şərhim hələ də hesabımdadır. Fransanın bu münaqişə ilə bağlı 30 illik rəsmi mövqeyini göstərmək istəyirdim. Fransa özünün qəbul etdiyi BMT qətnamələrini dəstəkləyir.