Tramp Nensi Pelosini Marsa göndərmək fikrini dəstəklədi


Dünya 29 Okt 2020 10:59:00 146 0

Tramp Nensi Pelosini Marsa göndərmək fikrini dəstəklədi

ABŞ Prezidenti Donald Tramp zarafatla Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Marsa göndərilməsini "möhtəşəm" fikir adlandırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Ağ Ev başçısı Arizonada seçiciləri ilə görüşdə bəyan edib ki, ABŞ Marsa astronavt göndərəcək ilk ölkə olacaq.

Bu zaman D.Trampın mitinqdə iştirak edən tərəfdarlarından biri N.Pelosini Marsa göndərməyi təklif edib.

"Qoy bu şəxs N.Pelosi olsun. Bu, gözəl fikirdir. Kim bunu dedi? Bu sadəcə möhtəşəm fikirdir", - deyə D.Tramp qeyd edib.