14 yaşlı məktəbli gizlicə uşaq doğdu, körpəni soyuducuda gizlətdi


Dünya 29 Okt 2020 10:34:00 168 0

14 yaşlı məktəbli gizlicə uşaq doğdu, körpəni soyuducuda gizlətdi

14 yaşında hamilə qalan qız ağlasığmaz əməl törədib.

Son.az The Sun-a istinadla bildirir ki, hamilə olduğunu valideynlərindən gizlədən yeniyetmə gizlicə doğduğu körpəni plastik qaba tullayıb və qarajlarındakı soyuduca gizlədib.

Olay Rusiyada, Novosibirskdə baş verib. Anastasia adlı qızın hamilə olduğunu nə valideynləri, nə də müəllimləri bilib. İddialara görə valideynləri onun qarnının şişməsini kökəlmək kimi anlayıblar.

Qızın ağrıdan qışqırdığını görən valideynləri bunun kor bağırsaq problemi olduğunu düşünərək təcili yardım çağırıblar. Bu əsnada gizlicə doğum edən qız körpəni qaraja tullayıb.

O, daha sonra ambulansla xəstəxanaya gedərkən həkimlərə uşaq doğduğunu və onu soyuducuya atdığını etiraf edib.