Qadın təyyarədə kütləvi davaya səbəb oldu


Dünya 29 Okt 2020 10:24:00 135 0

Qadın təyyarədə kütləvi davaya səbəb oldu

Sərnişin Puerto-Rikoda təyyarədə baş verən kütləvi davanı telefonunun kamerası vasitəsilə lentə alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, görüntülərdən qadın sərnişinin təyyarədə kişini vurması əks olunub. Bundan sonra digər sərnişinlər də davaya qoşulub.

Qadın zərbələrdən birinin təsirindən kresloya yıxılıb. İlkin ehtimallara görə, davaya səbəb sərnişinlər təyyarənin göyərtəsində olan üç qaradəriliyə qarşı irqçi şüarlar səslənməsi olub.

Məlumatlarda qadının polislər tərəfindən saxlanıldığı bildirilib.