BQXKnin könüllüsü Bərdədə humanitar dəstək verərkən öldürülüb


Siyasət 29 Okt 2020 09:40:00 107 0

BQXKnin könüllüsü Bərdədə humanitar dəstək verərkən öldürülüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu zərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə etdiyi paylaşımda bildirib.