Meksikada itkin düşmüş 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkar olunub


Dünya 29 Okt 2020 08:03:00 141 0

Meksikada itkin düşmüş 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkar olunub

Hüquq-mühafizə orqanları Meksikanın Quanxuato ştatında Salvatiyerra bələdiyyəsində 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkarlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İtkin düşmüş şəxslərin axtarışı üzrə Milli Komissiyanın rəhbəri Karla Osuna mətbuat konfransında bildirib.

K.Osuna qeyd edib: "Gizli məzarlıqlarda 59 cəsəd tapdıq. Axtarışları davam edirik". Söhbət bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupların qurbanlarından gedir.