Yaralanmalar


Digərləri 29 Okt 2020 07:01:00 180 0

Yaralanmalar

Mexaniki amillərin təsiri nəticəsində əmələ gələn xəstəliklərin əsas hissələrini travmalar təşkil edir. Mexaniki amillərin nəticəsində toxumaların tamlığının pozulması yaralanma adlanır. Yaralanmanın forma və ölçüləri zərbənin təsirindən asılıdır. Bu xüsusiyyətinə görə yaralanmalar kəsici, deşici, çarpılmış, sınıqlar şəklində, çat şəklində və odlu silah yaralanmaları kimi formalara ayrılır. Bundan əlavə yaralanmalar ikitərəfli və kor ola bilir. Zərbə dalğası vasitəsilə orqanizmdə əmələ gələn yaralanmaların bir növü də silkələnmə ilə əlaqədar olan dəyişikliklərdir. Bu zaman toxumaların strukturunda dəyişikliklər baş vermir. Lakin onlar fiziki-kimyəvi dəyişikliyə məruz qalırlar. Silkələnmə zamanı çox vaxt yumşaq toxumalar zədəyə məruz qalırlar. Bu dəyişikliklə müşayiət olunan silkələnmə halı kontuziya (sərpmə) adlanır. Travmanın silkələnmə ilə müşayiət olunan zədələnmə növünə ən çox beyin silkələnməsi müşahidə edilir. Beyin silkələnməsi və kəllənin kontuziyası zamanı xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir: - kəskin baş ağrıları - huşun itirilməsi - mərkəzi sinir sisteminin pozğunluqları. Yaralanmaların bir növü də travmalardır ki, bu zaman sümüklərdə sınıqlar və çatlar, oynaqlarda isə çıxıqlar şəklində baş verir. Travmalar xroniki hallarda baş verərsə, sümük toxumasında struktur dəyişikliklər baş verə bilir.