"Sutkalarla yatırdım" Koronavirusdan sağalmış Sobçak


Dünya 28 Okt 2020 20:14:00 146 0

"Sutkalarla yatırdım"  Koronavirusdan sağalmış Sobçak

Məşhur teleaparıcı Kseniya Sobçak 3 həftədir koronavirusdan müalicə alır və özünütəcrid şəraitindədir.

Son.az xəbər verir ki, aparıcı artıq xəstəliyi geridə qoysa da, hələ işinin başına, studiyaya dönmür.

Aparıcı xəstəliyi necə keçirməsindən, nələr hiss etməsindən danışıb:

"Özümü çox yorğun hiss edirdim. Xəstəliyi yüngül formada keçirdim. Amma elə hiss var idi ki, sanki sutkalardır yatmırdım. Xəstəlik dövründə də çox yatdım.

Xəstəliyin 5-ci günü qoxubilmə itdi. Öskürək və hərarət bir həftə davam etdi. Yüngül forma olsa da, kifayət qədər gərgin idi".

Aparıcının 3 yaşlı oğlu yayda koronavirus olmuşdu. /medicina.az