1,3 milyon insan təxliyə olunacaq


Dünya 28 Okt 2020 18:24:00 123 0

1,3 milyon insan təxliyə olunacaq

Vyetnamda "Molave" tayfunu səbəbilə 1,3 milyon insan təxliyə olunacaq.

Son.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nguyen Xuan Puc əmr imzalayıb.

Qeyd edək ki, tayfun Vyetnamla dəniz qonşusu olan Filippində meydana gəlib. Batanqas bölgəsində fövqəladə vəziyyət elan olunub. 125 km/saat sürətilə irəliləyən tayfun 3 nəfərin ölümünə səbəb olub, 13 nəfər itkin düşüb. 120 mindən çox insan evsiz qalıb. (publika.az)