Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib


Digərləri 28 Okt 2020 17:39:00 142 0

Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib

Koreya Respublikasında yaşayan Azərbaycanlı gənclərin təşəbbüsü ilə Koreyanın müxtəlif şəhərlərində Ermənin işğalına və vandalizminə qarşı etiraz aksiyası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.